Körpələrin Səsi-Fərqanə Qasımova/Alim Qasimov/Abbas Bağırov
Körpələrin Səsi-Fərqanə Qasımova/Alim Qasimov/Abbas Bağırov无损flac下载mp3下载
Körpələrin Səsi-Fərqanə Qasımova/Alim Qasimov/Abbas Bağırov 在线试听歌词免费下载
Uçurmayın yuvaları
Yuvalarda balalar var
Ana deyib gecə-gündüz
İçin-için ağlayarlar
Dodağın süd qoxuludu
Həm kədərli, qorxuludu
Saçlarında öz əlini
Ana bilib yuxuludu
Ölüm saçan güllələri
Dayandırın bir anda
Körpələrin gülüşündən
Çələng hörək bu dünyada
Ölüm saçan güllələri
Dayandırın siz bir anda
Körpələrin gülüşündən
Çələng hörək bu dünyada
Bu dünyada...
Ayırmayın körpələri, ey insanlar!
Anaların qucağından, ayırmayın
Beşiyinin başındakı laylasından
Doğma isti ocağından, ayırmayın
Ayırmayın...
Dənizlərin ləpələri
Körpələrin laylasıdı
Üstərində qanad açan
Yavruların anasıdı
Dodağın süd qoxuludu
Həm kədərli, qorxuludu
Saçlarında öz əlini
Ana bilib yuxuludu
Ölüm saçan güllələri
Dayandırın bir anda
Körpələrin gülüşündən
Çələng hörək bu dünyada
Ölüm saçan güllələri
Dayandırın bir anda
Körpələrin gülüşündən
Çələng hörək bu dünyada
Bu dünyada...
Mərmi atan atalar
Hər gün sizi evimizdə
Gözləyirlər bizim kimi
Körpə-körpə balalar
Gəlin, körpə balalar
Həmrək olaq, bir olaq
Sünbül dəni üzərində
Sülh sözün uzacaq
Toxumayın yuvamıza
İsti yuva istəyirik
Ata, ana sevgisi
Sığal, qucaq istəyirik
Toxumayın yuvamıza
İsti yuva istəyirik
Ata, ana sevgisi
Sığal, qucaq istəyirik
Atın yerə silahları öldürməyin
Körpələrin qəlbindəki arzuları
Qoy səmada qanad açsın
Pərvazlansın sülh quşları
Toxumayın yuvamıza
İsti yuva istəyirik
Ata, ana sevgisi
Sığal, qucaq istəyirik