Darıxmışam-Araz Imanov/Emil Əfrasiyab/Etibar Asadli
Darıxmışam-Araz Imanov/Emil Əfrasiyab/Etibar Asadli无损flac下载mp3下载
Darıxmışam-Araz Imanov/Emil Əfrasiyab/Etibar Asadli 在线试听歌词免费下载
Elə bil hər yerdən üzülüb əlim
Mən azıb qalmışam qəm dərəsində
Dirilib yaşanır sənli günlərim
Sənsiz günlərimin xatirəsində
Haraylar yüksəlir könüldən yenə
Bu necə haraydı, bu necə haydı
Öhdəmdən gələrdim Gözüm üzünə
Qulağım səsinə darıxmasaydı
Yuxuma gəlmişdin
Qısıldıq küncə
Danışdıq
Yel əsdi
Dağıldı dərd-qəm
Kölgəyə dönmüşdüm
Səni görüncə
Sənin işığında yox oldu kölgəm
Yaman darıxmışam, bu nədir yenə
Ağlım sağa baxır, ürəyim sola.
Ürəyim dönübdür göy göyərçinə
Qonub sən gedəli sən gələn yola.
Yaman darıxmışam hər axşamçağı
Arzumu günəşin telinə sardım
Mənimlə olsaydı, mən darıxmağı
Zamana ən uzun ölçü sanardım
Elə bil hər yerdən üzülüb əlim
Mən azıb qalmışam qəm dərəsində