Bay Yurdum-Şahin Musaoğlu/Şəmistan Əlizamanlı
Bay Yurdum-Şahin Musaoğlu/Şəmistan Əlizamanlı无损flac下载mp3下载
Bay Yurdum-Şahin Musaoğlu/Şəmistan Əlizamanlı 在线试听歌词免费下载
Çıxıb Ergenekondan biz Göytürkə yol aldıq
Ötükende yurd salıb, bozqurd olub ucaldıq
Altaydan 3 qitəyə, varıb qol-budaq atdıq
Qılınc dizlərimizdə biz tarixlər yaratdıq
Özümüzə güvənib, dədəmizlə öyündük
Biz hunlardan oğuza, oğuzdan türkə döndük
Türk yurdu, türk ocağı yalnız özü boydadır
Bir ucu Qafkasyada, bir ucu altaydadır
Bayrağımda parıldar bir ulduz, bir ay, yurdum
Bayraqları endirən, hey, hey, bay yurdum
Bayrağımda parıldar bir ulduz, bir ay, yurdum
Bayraqları endirən, hey, hey, bay yurdum
Bizim damarımızda gur sellər çağlayıbdır
Anamız cəngi üstə bizi qundaqlayıbdır
Atıcıyıq demədən, sərhəd tanımadıq biz
Düşmən axınlarına sərhəd oldu sinəmiz
Yurd yolunda ölümə səfər düzülən bizik
Çadırlarda doğulub, çayırda ölən bizik
Bir kökdən budaqlanıb bizim ulu nəslimiz
Tatar, başqırd, qaraçay, özbək, türkmən, qazax - biz
Bayrağımda parıldar bir ulduz, bir ay, yurdum
Bayraqları endirən, hey, hey, bay yurdum
Bayrağımda parıldar bir ulduz, bir ay, yurdum
Bayraqları endirən, hey, hey, bay yurdum
Hünər göstərməyincə adsız yaşamışam mən
Dədəm Qorqud ad verdi bizə hünərimizdən
Ulu babam söylədi – ya şəhid, ya qazi ol
Şəhidlik məramıdır qaziliyə gedən yol
Doğum ilə varlığım bir məcradan çağlaşar
Qanımda millət qanı, ruhumda İslam yaşar
Toxunmasın yurduma bir an düşmən nəfəsi
Gəlsin minarələrdən “Allahu Əkbər” səsi
Bayrağımda parıldar bir ulduz, bir ay, yurdum
Bayraqları endirən, hey, hey, bay yurdum
Bayrağımda parıldar bir ulduz, bir ay, yurdum
Bayraqları endirən, hey, hey, bay yurdum
Bayrağımda parıldar bir ulduz, bir ay, yurdum
Bayraqları endirən, hey, hey, bay yurdum
Bayrağımda parıldar bir ulduz, bir ay, yurdum
Bayraqları endirən, hey, hey, bay yurdum
Bay Yurdum-Şahin Musaoğlu/Şəmistan Əlizamanlı歌曲下载
Bay Yurdum-Şahin Musaoğlu/Şəmistan Əlizamanlı热门评论
Bay Yurdum-Şahin Musaoğlu/Şəmistan Əlizamanlı 同专辑其他歌曲
- Bay Yurdum-Şahin Musaoğlu/Cahangir Qurbanov
- Dövlət Mənəm-Şahin Musaoğlu/Samir Cəfər
- Qurban Türkün Bayrağına-Şahin Musaoğlu/Novruz Novruzlu
- Qurban Türkün Bayrağına-Şahin Musaoğlu/Şəmistan Əlizamanlı
- Salam, Dar Ağacı-Şahin Musaoğlu/Şəmistan Əlizamanlı