Azerbaycan-Azad Abilov
Azerbaycan-Azad Abilov无损flac下载mp3下载
Azerbaycan-Azad Abilov 在线试听歌词免费下载
Təsəvvür elə ki, sən doğulmusan Əfqanıstanda,
Ölüb yaxınların, sən də şikəst, tək ayaqla.
Təsəvvür elə ki, sən doğulmusan Çeçenistanda,
Məktəb sinifləri tüstü, bomba, güllə altında.
Şimali Koreyada, həm də təksən,
Həyatın qəfəslərdə, doğmalar torpaqda.
Düşün ki, Afrikada, tanınmayan bir ölkədə,
Ölümcül xəstəliklər, humanitar yardımlar.
Ya da ki, İranda, məcburi qara çadra,
Asılmaq, kəsilmək, əzilmək, şallaq, molla.
Təsəvvür elə ki, sən doğulmusan Ermənistanda,
Oyuncaq vətəndaşsan, yalan və yaltaqlıqla.
Ya da ki, Gürcüstanda yox nə suyun nə qazın,
Sən hər bir nəfəsinlə qonşu dövlətlərdən asılı.
Ya da ki, doğulmusan sən kasıb Pakistanda,
Düşmənin kiçik erməni yox böyük Hindistandı.
Dəyişir insanlar, dəyişir zaman,
Amma hər an ürəyimdə Azərbaycan.
Mənim kiçik ölkəm, mənim böyük ailəm,
Mənim vətənim Azərbaycan.
Doğulur günəşi torpağından,
Güc alır budağı yarpağından,
Yox gözəl üçrəngli bayrağından gözəli, Azərbaycan.
Təsəvvür elə ki, sən doğulmusan Fransada,
Tələbələr yandırıb sənin "BMW"ni.
Ya da ki, New Yorkda göydələnin başında,
11 sentyabr sənin pəncərənə təyyarə gəlir.
Sən yaşaya bilərdin Fidellə Kubada,
Amma ölkədən çıxmaq orada qadağandır.
İspaniyada öküzlər, Çikaqo qasırğalar,
Yaponiyada zəlzələ, Tibetdə yenə dumandı.
Bəlkə sən istəyərdin yaşayasan Rusiyada?
Ölkənin çox hissəsi sərxoş və narkomandı.
Ya da Braziliyada, dağılmış bir ailədə,
Bilmirsən uşağın kim, ya da ki, hansınnandı.
Bu nə qərib zamandı, hər yer müharibələr.
Böyüklər pul qazanır, qan ağlayır körpələr.
Hər yerdə əxlaqsızlıq, cinayətlər kölgədə,
Amma ki, qorxmuram mən hələ ki, öz ölkəmdə.
Dəyişir insanlar, dəyişir zaman,
Amma hər an ürəyimdə Azərbaycan.
Mənim kiçik ölkəm, mənim böyük ailəm,
Mənim vətənim Azərbaycan.
Doğulur günəşi torpağından,
Güc alır budağı yarpağından,
Yox gözəl üçrəngli bayrağından gözəli, Azərbaycan.
İndi şükr elə ki, doğulmusan Azərbaycanda.
Var evin, var çörəyin, var ailən, var köməyin.
Təhsili bəyənmirsənsə satışda kitablar var.
Hərşey səndən asılıdı, axtarma günahkarlar.
Dön geri, bax həyatına, gözlərin kor deyil axı,
İnkişafda ölkəmiz, amma cəmiyyət hələ də taxta.
Gəlin boş durmaqdansa biz də dəstək olaq,
Axı biz vətəndaşlarıq, gəlin ölkəmizi quraq.
Hərədən 1 kərpic, hərəyə 1 ağac əkək,
Uşaqlar evinə yardım ildə bir dəfə qan verək.
Düzdür, var toz-torpaq, Bakı küləkli şəhər,
Amma hərə öz həyətini süpürsə həryer tənzimlənər.
Qayıdar Qarabağ da bəlkə çatdırsaq dünyaya,
Məktublar, formlarda, xarici saytlarda.
Bura mənim vətənim, mənə ən doğma məkan,
Mənim azadlığım, bizim azad Azərbaycan.
Dəyişir insanlar, dəyişir zaman,
Amma hər an ürəyimdə Azərbaycan.
Mənim kiçik ölkəm, mənim böyük ailəm,
Mənim vətənim Azərbaycan.
Doğulur günəşi torpağından,
Güc alır budağı yarpağından,
Yox gözəl üçrəngli bayrağından gözəli, Azərbaycan.
Azerbaycan-Azad Abilov歌曲下载
| 歌曲 | 歌手 | 专辑 | 时长 | 歌曲下载 |
|---|---|---|---|---|
| Azerbaycan | Azad Abilov | Garmon (Instrumental) | 03:25 |
|
Azerbaycan-Azad Abilov热门评论
Azerbaycan-Azad Abilov 同专辑其他歌曲
- Esmerim-Azad Abilov
- Aygız-Azad Abilov
- Lezginka-Azad Abilov
- Kimseye Etmem Şikayet-Azad Abilov
- Ortadoğu Halk Şarkısı-Azad Abilov
- Ayrılık-Azad Abilov
- Akçiçek-Azad Abilov
- Dilberim-Azad Abilov
- Sultaniyegah Sirto-Azad Abilov
- Grek Halk Ezgisi-Azad Abilov